Rusiya Suriyaya yenə bomba yağdırdı

Ermənistan əhalisinin sayı azalmaqda davam edir İNFOQRAFİKA

İndi də Lerikdə zəlzələ oldu

bazar, 19 noyabr 2017
TR EN RU

Menu

bazar, 19 noyabr 2017
EN TR RU

AİLƏ-SAĞLAMLIQ

Ana ölümlərinin ƏSAS SƏBƏBLƏRİ AÇIQLANIB

17.10.2017 13:30

Ana ölümlərinin əsas səbəbləri açıqlanıb.

Bakı Sağlamlıq Mərkəzində keçirilən mətbuat konfransında çıxış edən Mərkəzin Doğum şöbəsinin Reanimatologiya-anesteziologiya bölməsinin müdiri Rauf Yaradan-Quliyev deyib ki, ana ölümlərinin əsas səbəbi qanaxmalar, hipertenziya, o cümlədən ağır preeklamsiya, eklamsiya, HEELP sindromu, sepsis və mamalıq emboliyaları ilə bağlıdır.

Onun sözlərinə görə, hamiləlik dövründə, doğuş zamanı və doğuşdan 42 gün sonra baş verən ölüm ana ölümü sayılır: "Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, gündə hər bir dəqiqədən bir 1600, ildə 500000 çox ana ölümü qeydə alınır. İnkişaf etmiş ölkələrdə ana ölümünün sayı nisbətən az olur".

O qeyd edib ki, Azərbaycanda 2015-ci ildə 24, 2016-cı ildə 22 ana ölümü qeydə alınıb: "2014-cü ildən indiyə qədər Bakı Sağlamlıq Mərkəzində 2101 anesteziya aparılıb. Onların 1966 və ya 93 faizi mamalıq əməliyyatları olub. Şöbədə aparılan anesteziyanın 82 faizi regional, 18 faizi endotraxeal anesteziya ilə aparılıb". Report

Oxundu 210

© 2017 - NSPSOLUTIONS