Azərbaycanda növbəti zəlzələ

AzTV-də “Ayə, harayə gedirsən, ayə?” oxudu - VİDEO

Tağı Əhmədov icra başçısı olmaq istəyir

Cümə, 24 noyabr 2017
TR EN RU

Menu

Cümə, 24 noyabr 2017
EN TR RU

DÜNYA

Ukraynada deputat toxunulmazlığı ləğv oluna bilər

17.10.2017 13:11


Ukrayna prezidenti Petro Poroşenko Ali Radaya deputatların toxunulmazlığı ilə bağlı Konstitusiyaya düzəliş olunmasını təklif edib. Müvafiq qanun layihəsi bu gün parlamentdə qeydə alınıb. Qanun layihəsinin adına əsasən, Konstitusiyanın 80-ci maddəsinə dəyişiklik olunması təklif edilir, lakin sənədin mətni parlamentin rəsmi saytında hələ dərc edilməyib.

Konstitusiyanın 80-ci maddəsinə görə, Ali Radanın deputatları toxunulmazlığa malikdirlər, onlar səsvermənin nəticələri, parlamentdə və onun orqanlarında təhqir və ya böhtan istisna olmaqla, işlətdikləri ifadələrə görə hüquqi məsuliyyət daşımır, eləcə də, parlamentin razılığı olmadan cinayət məsuliyyətinə cəlb edilə, saxlanıla və ya həbs edilə bilməzlər. Sənəd qəbul ediləcəyi təqdirdə 2020-ci il yanvarın 1-dən qüvvəyə minməlidir.

Qeyd edək ki, bu gün Kiyevdə Gürcüstanın keçmiş prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvilinin və bir sıra müxalifətçi siyasətçilərin tərəfdaşlarının iştirakı ilə etiraz aksiyası keçiriləcək. Bununla əlaqədar Ali Radanın binası ətrafında ikiqat kordon yerləşdirilib, Kiyevin bəzi mərkəzi küçələri bağlanılıb.Report

Oxundu 151

© 2017 - NSPSOLUTIONS