Rusiya Suriyaya yenə bomba yağdırdı

Ermənistan əhalisinin sayı azalmaqda davam edir İNFOQRAFİKA

İndi də Lerikdə zəlzələ oldu

bazar, 19 noyabr 2017
TR EN RU

Menu

bazar, 19 noyabr 2017
EN TR RU

CƏMİYYƏT

Deputatlar nazirlərin qəbuluna düşə bilirlərmi...

17.10.2017 12:46

“Milli Məclisin deputatının statusu haqqında” Qanunun 14-cü maddəsində (Deputatın vəzifəli şəxslər tərəfindən təxirə salınmadan qəbul edilmək hüququ) göstərilib ki, deputat mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, məhkəmə hakimiyyəti orqanlarının, prokurorluq orqanlarının, yerli özünüidarə orqanlarının, dövlət müəssisələrinin, idarələrinin və təşkilatlarının vəzifəli şəxsləri tərəfindən təxirə salınmadan qəbul edilməlidir. Maraqlıdır, deputatlar sonuncu dəfə hansı nazirlərlə görüşüb?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov nazirlərin hər biri ilə görüşdüyünü deyib. “Çox vaxt məsələləri telefon vasitəsilə həll edirəm. Bir neçə gün bundan əvvəl Baş nazir Artur Rəsizadə ilə danışmışam. “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov ilə görüşmüşəm. Elə bir həftə yoxdur ki, hansısa nazirlə görüşməyim”.

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə bildirib ki, telefon vasitəsilə nazirlərə əlaqə saxladığı üçün onların kabinetində görüşlərin keçirilməsinə ehtiyacı olmayıb.

“Bir neçə gün bundan əvvəl bir vətəndaşın müraciəti əsasında təhsil naziri Mikayıl Cabbarovla əlaqə yaratmışam. Bir il yarım bundan əvvəl Baş nazir Artur Rəsizadə və Baş nazirin müavini Abid Şərifovla görüşmüşəm. Nazirlərimiz isə onlara birbaşa zəng edən kimi telefonları götürürlər. Hökumət üzvlərindən hər zaman qarşılıqlı əməkdaşlıq münasibəti görürük. Həmçinin, bizim icra hakimiyyəti başçıları, rektorlarla, bələdiyyə sədrləri ilə görüşlərimiz olur”.

Regional məsələlər komitəsinin üzvü Cavid Osmanovun nazirlərlə görüşündə heç bir problem olmayıb.

“Nə zaman görüş barədə müraciət etmişəmsə, müsbət cavab almışam. Bu istiqamətdə heç bir problemlə qarşılaşmamışam. Həmçinin, müəyyən dövlət tədbirlərində hökumət üzvləri ilə bir arada olmuşam və orada da müəyyən nazirlərlə və vəzifəli şəxslərlə görüşmüşəm”.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli deyib ki, bir neçə dəfə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla görüşür.

“Digər nazirlərlə isə dövlət tədbirlərində rastlaşan zaman görüşürəm. Düzünü desəm, nazirlərlə görüş barədə az müraciət etmişəm. Amma bir neçə dəfə nazirlərlə görüşmüşəm. Sonuncu dəfə isə Səlim Müslümovla təmasım olub”.

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov nə zaman vətəndaşlarlardan ərizə, şikayət və mürəaciətlər alırsa, nazirlər və komitə sədrləri ilə görüşür.

“Mən bu istiqamətdə heç bir problemlə rastlaşmamışam. Problemdən, şikayətdən asılı olaraq nazirlərlə, komitə sədrləri ilə telefon, məktub vasitəsilə də əlaqə saxlayıram. Lazım olduqda isə üzbəüz görüşlər keçirirəm”.Modern.az

Oxundu 161

© 2017 - NSPSOLUTIONS