İraq hökuməti Kərkükə nəzarəti tam bərpa etdi - FOTO

İraq mərkəzi hakimiyyəti Kərkükə nəzarəti tamamilə bərpa edib. Bunu İraq hökumətinin nümayəndəsi bildirib. Məlumata görə, Kərkükdə komendant saatı rejimi tətbiq edilib. İraqın şimalındakı Kürd Muxtar Əyalətinə rəhbərlik edən qüvvələrə bağlı şəxslər bölgəni tərk edirlər. İnformasiyaya əsasən, ölkənin şimalındakı muxtariyyətin silahlı dəstəsi sayılan “peşmərgə” Kərküdən çıxıb.

Qeyd edək ki, oktyabrın 16-da İraq ordusunun Kərkükdəki neft quyularının yerləşdiyi əraziləri, hərbi hava limanını “peşmərgələrdən” təmizlədiyi barədə məlumat yayılmışdı.Report

DİGƏR XƏBƏRLƏR

Top