Suraxanıda orta məktəbdə bıçaqlanma


Bakıda orta məktəbdə bıçaqlanma hadisəsi baş verib. Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində yerləşən 282 saylı orta məktəbdə 10-cu sinif şagirdi, 2002-ci il təvəllüdlü Samir Fətullayev 14 yaşlı Rahib Babayevi bıçaqlayıb. Ağır xəsarət alan məktəbli xəstəxanaya yerləşdirilib. Bildirilir ki, məktəbdə bıçaqlanan R.Babayev 8-ci sinif şagirdidir. Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.Lent.az

DİGƏR XƏBƏRLƏR

Top