Rusiya Suriyaya yenə bomba yağdırdı

Ermənistan əhalisinin sayı azalmaqda davam edir İNFOQRAFİKA

İndi də Lerikdə zəlzələ oldu

bazar, 19 noyabr 2017
TR EN RU

Menu

bazar, 19 noyabr 2017
EN TR RU

İQTİSADİYYAT

Son 9 ayda kafe və restoranlarda 945 milyon manat xərclənib

17.10.2017 10:13

Bu ilin yanvar-sentyabr ayları ərzində ictimai iaşə (kafe, restoran, yeməkxana, çayxana və s.) dövriyyəsi 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 3,2 faiz artaraq 945,2 milyon manat olub. "Yeniavaz.com" Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, ictimai iaşə dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 15,2% və ya 125 milyon manat artıb. Özəl sektorda ictimai iaşə dövriyyəsinin 42 faizi və ya 419 milyon manatı hüquqi şəxs statuslu müəssisələrin, 58 faizi və ya 542 milyon manatı isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür. Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2016-cı ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz artaraq 391,9 milyon manat olub.

Oxundu 273

© 2017 - NSPSOLUTIONS