Rusiya Suriyaya yenə bomba yağdırdı

Ermənistan əhalisinin sayı azalmaqda davam edir İNFOQRAFİKA

İndi də Lerikdə zəlzələ oldu

bazar, 19 noyabr 2017
TR EN RU

Menu

bazar, 19 noyabr 2017
EN TR RU

CƏMİYYƏT

Azərbaycanda nazir sabiq işçisini cərimələtdi - Tənqidə görə

17.10.2017 09:54

Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik məhsullarının istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinin sabiq müdiri Sabir Vəliyev 300 manat cərimə olunub.

Bu barədə “Yeni Müsavat”a məlıumatı S.Vəliyevin özü verib. Onun sözlərinə görə, kənd təsərrüfatı naziri və onun müavinlərini tənqid etdiyi üçün məhkəmə onu 300 manat cərimə edib: “Demişdim ki, yeni nazir və onun müavinləri kənd təsərrüfatı üzrə mütəxəssis deyillər. Nazir də bunu özünə təhqir qəbul elədi, məni cərimələtdirdi. Mən 45 il kənd təsərrüfatından danışmışam: rusca, azərbaycanca, ingiliscə. Cinayət Məcəlləsinin 147-148-ci maddəsi ilə məni günahkar bildilər, dedilər, səhv danışmışam. Deməyə də utanıram, dünyanın 60 ölkəsində danışmışam, elmi konfranslarda, beynəlxalq tədbirlərdə çıxışlar etmişəm. İndi sözümü açıq deyə bilmirəm, məhkəməyə verirlər...”

Xatırladaq ki, S.Vəliyevin məhkəməyə verilməsinə səbəb “Cümhuriyət” qəzetinin 13-15 may tarixli sayında yayınlanan müsahibəsi olub. Müsahibədə KTN-ə qeyri-peşəkar kadrların rəhbərlik etdiyini deyən S.Vəliyev Heydər Əsədovun və nazirliyin digər rəsmilərinin aqrar sahəyə bələd olmadığını söyləyib. S.Vəliyev eyni zamanda nazirlikdə rüşvətxorluq hallarına yol verildiyini də deyib.

Müsahibədə söylənilən fikirləri təhqir və böhtan kimi qiymətləndirən Kənd Təsərrüfatı Nazirliyi S.Vəliyevi məhkəməyə verib. Səbail rayon məhkəməsi isə nazirliyi haqlı sayaraq, sabiq əməkdaşın cərimə olunması barədə qərar çıxarıb.

Oxundu 221

© 2017 - NSPSOLUTIONS