Türkiyə Afrindəki əməliyyatın ilk mərhələsini başa çatdırıb

Türkiyə parlamenti Xocalıya görə Ermənistanı pisləyən bəyanat yaydı

Kamil Musəvi: "Məni Afrinə bu gün çağırsalar, müharibəyə gedərəm"

bazar, 25 fevral 2018
TR EN RU

Menu

bazar, 25 fevral 2018
EN TR RU

CƏMİYYƏT

Yol polisi defisi silinən nömrələri belə düzəldir - VİDEO

17.10.2017 09:10

Artıq bir neçə gündür yol polisi standartlara cavab verməyən nömrələrin bərpası işinə başlayıb. Avtomobilin nömrəsində defis işarəsi silinən sürücülər istənilən yol polis postuna yaxınlaşaraq, 2-3 dəqiqə müddətində nömrəsində olan qüsuru aradan qaldıra bilər. Xəzər TV-nin məlumatına görə, Baş Dövlət Yol Polis İdarəsinin müvafiq göstərişi ilə stasionar postda yol polisi avtomobilinin nömrəsində defisi silinən sürücüləri saxlayır. Onlara əvvəlcə məsələ ilə bağlı məlumat verilir, daha sonra nömrənin defisi normal hala salınır.

Dövlət nömrə nişanında qüsur olan sürücülərin böyük əksəriyyəti isə bundan xəbərsiz olduqlarını deyirlər.

Dəmir çərçivəni nömrənin üzərinə qoymaqla yol polisi bu işi 2-3 dəqiqə müddətində ödənişsiz həyata keçirir. Yol polislərinin verdikləri məlumata görə, həmin boya nömrəni yazan maddədəndir.

Nömrədəki defisin başqa yerdə bərpasına gəlincə isə, Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib ki, istənilən şəxs nömrəsində olan bu çatışmazlığı öz ustasına düzəltdirə bilər. Amma gərək həmin defis səliqəli şəkildə rənglənsin və nömrənin digər hissələri zədələnməsin.

Oxundu 680

© 2018 - NSPSOLUTIONS