Rusiya Suriyaya yenə bomba yağdırdı

Ermənistan əhalisinin sayı azalmaqda davam edir İNFOQRAFİKA

İndi də Lerikdə zəlzələ oldu

bazar, 19 noyabr 2017
TR EN RU

Menu

bazar, 19 noyabr 2017
EN TR RU

İDMAN

Bu gün Çempionlar Liqasında III tura start verilir - SİYAHI

17.10.2017 09:02

Bu gün keçiriləcək 8 görüşlə futbol üzrə Çempionlar Liqasında III tura start veriləcək. 4 qrupda oynanılacaq qarşılaşmalar arasında daha çox turnirin son qalibi İspaniya "Real Madrid"i ilə İngiltərə "Tottenhem"i arasındakı görüş diqqət mərkəzində olacaq.

İlk 2 turdan sonra bu komandalar hərəyə 6 xalla H qrupunun ön pillələrindədirlər. Görüşdən qalib ayrılacaq klub 1/8 finala vəsiqəni böyük ölçüdə təmin edəcək.

İngiltərənin "Mançester Siti" və Türkiyənin "Beşiktaş" klubları da itkisiz irəliləyir. F qrupundakı "Mançester Siti" hələlik 3 xalı olan İtaliya "Napoli"sini qəbul edəcəksə, G qrupundakı "Beşiktaş" cəmi 1 xala malik "Monako"nun qonağı olacaq.

17 oktyabr

Çempionlar Liqası

Qrup mərhələsi, III tur

E qrupu

"Spartak" (Moskva, Rusiya) - "Sevilya" (İspaniya)

"Maribor" (Sloveniya) - "Liverpul" (İngiltərə)

Xal durumu: "Sevilya" - 4, "Liverpul" - 2, "Spartak" - 2, "Maribor" - 1.

F qrupu

"Mançester Siti" (İngiltərə) - "Napoli" (İtaliya)

"Feyenoord" (Hollandiya) - "Şaxtyor" (Ukrayna)

Xal durumu: "Mançester Siti" - 6, "Şaxtyor" - 3, "Napoli" - 3, "Feyenoord" - 0.

G qrupu

"Monako" (Fransa) - "Beşiktaş" (Türkiyə)

"Leyptsiq" (Almaniya) - "Portu" (Portuqaliya)

Xal durumu: "Beşiktaş" - 6, "Portu" - 3, "Monako" - 1, "Leyptsiq" - 1.

H qrupu

"Real Madrid" (İspaniya) - "Tottenhem" (İngiltərə)

APOEL (Kipr) - "Borussiya" (Dortmund, Almaniya)

Xal durumu: "Real Madrid" - 6, "Tottenhem" - 6, "Borussiya" - 0, APOEL - 0.

Qeyd edək ki, bütün görüşlər Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.

Oxundu 195

© 2017 - NSPSOLUTIONS