ABŞ-da bağlanan bankların sayı 7-yə çatdı

ABŞ-ın Kanzas ştatının tənzimləyici orqanları “The Farmers and Merchants State Bank of Argonia”nın fəaliyyətini dayandırıb.

“Yeniavaz.com”un “Rosbalt” agentliyinə istinadən verdiyi məlumata görə, bu, 2017-ci ilin əvvəlindən ABŞ-da bağlanan sayca yeddinci bank olub. Əmanətlərin Sığortalanması Korporasiyası (FDIC) ilə razılaşmaya əsasən, bankın əmanətləri “Conway Bank”a (Kanzas ştatı) keçəcək. Qeyd edək ki, FDIC 250 min dollaradək olan əmanətləri sığortalayır.

Ötən il ABŞ-da müflis olmuş maliyyə təşkilatlarının sayı 2007-ci ildən bəri ən az olub və 2015-ci ilin yekunları üzrə 8 bankla müqayisədə 5 bank təşkil edib. 2007-ci ildə cəmi 3 bank ləğv edilib, halbuki 2010-cu ildə bu göstərici 157 maliyyə qurumu olmaqla ən yüksək həddə çatıb.

DİGƏR XƏBƏRLƏR

Top