Rusiya Suriyaya yenə bomba yağdırdı

Ermənistan əhalisinin sayı azalmaqda davam edir İNFOQRAFİKA

İndi də Lerikdə zəlzələ oldu

bazar, 19 noyabr 2017
TR EN RU

Menu

bazar, 19 noyabr 2017
EN TR RU

CƏMİYYƏT

"Bunlar xalq olaraq haqqımızda neqativ rəy formalaşdırır"

16.10.2017 17:57

"Son günlər yenə də dalbadal ürək bulandıran, iyrənc məlumatlar yayılır. Ay hörmətli kolleqalar - vəkillər, hakimlər, müstəntiqlər, konkret cinayət işlərinin bu məlumatları ictiamaiyyətə niyə sızır? Buna hansı zərurət var? Nəyə görə bu işlərin az qala bütün detalları ictimailəşdirilir? Bəs qapalı məhkəmə iclası, konfidensiallığın qorunması nə üçündür". "Yeniavaz.com" xəbər verir ki, bu fikirləri hüquqşünas, nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirib.

"Ay hörmətli sayt rəhbərləri, bu tipli məlumatların hansı ictimai dəyəri var? Onların yayılmasına niyə yol verirsiniz?

Hər bir cəmiyyətdə kifayət qədər ruhi xəstlər var. Onlar isə ən ağılasığmaz axmaqlıqlara və iyrəncliklərə əl ata bilirlər. Bu, həmişə və hər bir ölkədə var və olacaq. Bunu ictimailəşdirmək onları azaltmır, əksinə başqa dəlilərin yadına daş salır.

Gəlin unutmayaq ki, hətta kütləvi mətbuatın olmadığı zamanlarda da bir ölkə (xüsusən düşmən ölkə) digər ölkənin səviyyəsini, oradakı insanların əhvali-ruhiyyəsini öyrənmək üçün bu tipli məlumatları toplamayaraq təhlil etməklə də məşğul olub. KİV-in və sosial medianın indiki inkişaf səviyyəsində belə məlumat daha təhlükəlidir. Bir xalq və cəmiyyət olaraq haqqımızda çox neqativ rəy formalaşdırır. Ən pisi isə elə öz cəmiyyətimizdə özümüz bardə çox pis əhvali-ruhiyyə yaradır. Bu, əsl psixoloji terrorçuluqdur, çünki qeyri-müəyyən dairədən olan insanlarımızın öz övladlarının və yaxınlarının gələcəyinə, təhlükəsizliyinə ümidləri öldürür, hər kəsi səksəkəli həyat tərzinə, hər şeydən və hər kəsdən şübhələnməyə sövq edir. Belə olmaz. Bu çox təhlükəli yanaşmadır",-deyə ekspert bildirib.

Oxundu 189

© 2017 - NSPSOLUTIONS