14 ildən sonra Kərkükə ərəb başçılıq edəcək

İraqın Baş naziri Heydər əl-Abadi Kərkükə yeni vali təyin edib. “Yeniavaz.com”un RİA Novsti-yə istinadən verdiyi məlumata görə, Rakan əl-Cuburi Kərkük vilayəti valisinin səlahiyyətlərinin müvəqqəti icraçısı təyin edilib. O, İraqın kürd muxtariyyətində müstəqillik haqqında referenduma Kərkükün də aid edilməsindən sonra vəzifəsindən azad edilmiş Nəcməddin Kərimi əvəzləyəcək. R. əl-Cuburi 2003-cü ildən bəri vilayətə başçılıq edən ilk ərəb oldu. Qeyd edək ki, Kərkük rəsmi olaraq kürd muxtariyyətinə daxil deyil, lakin faktiki olaraq qismən kürd dəstələri tərəfindən nəzarət edilir.

DİGƏR XƏBƏRLƏR

Top