Ötən ay Azərbaycandan Gürcüstana 1,1 milyon dollar köçürülüb

Ötən ay Azərbaycandan Gürcüstana 1,1 mln. dollardan çox pul köçürülüb. Bu məbləğ ötən ilin eyni göstəricisindən 4,1% çoxdur. Cari ilin 9 ayı ərzində isə Azərbaycandan Gürcüstana ümumilikdə 11,284 mln. dollar köçürülüb.

Sentyabr ayında xarici ölkələrdən Gürcüstana pul köçürmələrinin ümumi həcmi 124,4 mln. dollar təşkil edib ki, bu da ötən ilin analoji göstəricisindən 24,2% çoxdur. Gürcüstana pul köçürmələrinin həcminə görə Rusiya birinci yerdə qalır. Ötən ay bu ölkədən Gürcüstana pul köçürmələrinin həcmi 40,7 mln. dollar təşkil edib. apa

DİGƏR XƏBƏRLƏR

Top