AZARKEŞLƏRİN DİQQƏTİNƏ: "Qarabağ"ın oyunu üçün avtobuslar ayrılmayacaq

Oktyabrın 18-də UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Atletko" oyunu ilə əlaqədar paytaxtda ictimai nəqliyyatın fəaliyyətinə nəzarət gücləndiriləcək.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, Agentlik həmin gün sərnişin avtobuslarının fəaliyyətinə nəzarəti gücləndirəcək.

Qurumdan budəfəki matç zamanı azarkeşlərin Bakı Olimpiya Stadionuna daşınması üçün ekspress avtobusların ayrılmayacağı bildirilib.

Xatırladaq ki, sentyabrın 27-də UEFA Avropa Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda keçirilmiş “Qarabağ” - “Roma” görüşü zamanı biletli tamaşaçıların daşınması Bakı Nəqliyyat Agentliyi tərəfindən ayrılan xüsusi ekspress xətt avtobusları vasitəsilə həyata keçirilmişdi. Trend

DİGƏR XƏBƏRLƏR

Top