OPEC neftin ucuzlaşmasından 1 trilyon dollar itirib

OPEC ölkələri 2015-2016-cı illərdə dünya bazarında neftin qiymətinin düşməsi səbəbindən toplam 1 trln. ABŞ dolları itirib. Bunu OPEC-in Baş katibi Məhəmməd Barkindo "KOGS-2017" illik neft-qaz konfransında bildirib.

M.Barkindoya görə, OPEC ölkələri nəinki neftin qiymətinin düşməsindən, o cümlədən neft sektoruna investisiyaların azalması səbənindən də itkilərə məruz qalıb. Belə ki, 2014-cü ildən etibarən neftin bir barelinin qiyməti 100 dollardan 2015-ci ilin fevralında 28 dollara, investisiyalar isə 2 dəfə azalma göstərib.

Neftin qyimətinin düşməsi iqtisadiyyatı neft ixracına əsaslanan bir çox ölkənin gəlirlərinin düşməsinə, nəticədə büdcə kəsirinin əmələ gəlməsinə səbəb olub. Vəziyyətin düzəlməsi üçün OPEC və digər neft hasil edən ölkələr hasilatın azaldılması ilə bağlı anlaşma imzalayıb. report

DİGƏR XƏBƏRLƏR

Top