İsraildən Suriyaya daha bir zərbə

İsrail aviasiyası Suriya hökumət qüvvələrinin hava hücumundan müdafiə (HHM) batareyasını məhv edib.

“Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, batareya Dəməşqin şərqində yerləşib. İsrail təyyarələrinə atəş açıldığına görə HHM batareyasının məhv edildiyi bildirilir. Atəş zamanı İsrail təyyarələri Livanın hava məkanında olub və onların tərəfində heç bir itki yoxdur. İsrail zərbədən qabaq və ya zərbə zamanı Rusiyanı məlumatlandırdığını bəyan edib.

Qeyd edək ki, Suriya və İsrail qoşunları mütəmadi olaraq bir-birilərinə zərbələr endirirlər.

DİGƏR XƏBƏRLƏR

Top