SOCAR büdcə ödənişlərini 140 milyon manat artırıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən cari ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinə 1 milyard 165 milyon 678 min manat vəsait ödənilib. "Yeniavaz.com" SOCAR-dan açıqlanan məlumatlara istinadən bildirir ki, bu göstərici 2016-cı ilin müvafiq dövrünə nisbətən 140 milyon 833 min manat və ya 13,7 faiz çoxdur. Cari ilin ilk 9ada şirkətin büdcəyə ödədiyi vəsaitin 117,330 mln. manatı sentyabr ayında həyata keçirilib.

Bundan əlavə, sentyabr ayında Dövlət Sosial Müdafiə Fonduna SOCAR tərəfindən 12,600 mln. manat vəsait köçürülüb. Cari ilin yanvar-sentyabr aylarında isə SOCAR tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 112,426 mln. manat təşkil edib ki, bu da 2016-cı ilin analoji dövrü ilə müqayisədə 5,263 mln. manat və ya 4,9 % çoxdur.

DİGƏR XƏBƏRLƏR

Top