Rusiya bu ölkəyə havayı 5 min avtomat, 1 milyon patron verir

Rusiya 5 min “AK-100” Kalaşnikov avtomatı, 1 milyon patron və 20 hərbi yük maşınını Filippinə təmənnasız verir.

“Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Filippinin Rusiyadakı səfiri Karlos Soretta deyib. Onun sözlərinə görə, hərbi yük oktyabrın 22-də Filippinə çatacaq. Səfir bildirib ki, bu, Rusiyanın Filippinə hədiyyəsidir: “Hərbi yük gəmi vasitəsilə çatdırılacaq”.

DİGƏR XƏBƏRLƏR

Top