815 milyon adam ACLIQ ÇƏKİR

Dünyada aclıq çəkənlərin sayı yenidən artmağa başlayıb və 2016-cı ildə 815 milyon nəfər təşkil edib.

“Yeniavaz.com”un məlumatına görə, bunu RİA Novosti-yə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Joze Qratsiana da Silva deyib. Onun sözlərinə görə, artım ilk növbədə, silahlı münaqişələrin sayının çoxalması ilə bağlıdır: “Digər səbəb isə iqlim dəyişikliyi ilə əlaqədar baş verən təbii fəlakətlətlərdir”.

Baş direktor qeyd edib ki, 2015-ci illə müqayisədə ötən il aclıq çəkənlərin sayı 38 faiz artıb: “Hazırda dünyda təqribən 64 milyon adam münaqişə və təqiblərdən qaçmaq məcburiyyətində qalıb. Bu, II Dünya müharibəsindən bəri ən yüksək göstəricidir”.

DİGƏR XƏBƏRLƏR

Top