Kərkük aeroportu Bağdadın nəzarətinə keçdiYENİLƏNİB

Kərkük vilayətinin aeroportu İraq hökumət qüvvələrinin nəzarətinə keçib.

“Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bu barədə İraq Silahlı Qüvvələrinin bəyanatında deyilir. Əməliyyatda federal polis dəstələri və Daxili İşlər Nazirliyinin çevik qüvvələri iştirak ediblər. Bununla belə, İraq xüsusi təyinatlılarının nümayəndəsi bildirib ki, federal qüvvələr və peşmərgə arasında Kərkükdə toqquşmalar qeydə alınmayıb.

***12:55

İraqin hökumət qoşunları Kərkük vilayətində sabitliyin bərpası üçün aparılan əməliyyatın gedişində orada yerləşən qaz yatağını və elektrik stansiyasını nəzarəti altına alıb.

“Yeniavaz.com” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə İraq ordusunun mətbuat xidməti bildirib.

Mənbəyə əsasən, hərbçilər eyni zamanda Kərkükə gedən bir neçə yolu bağlayıb və polis məntəqələrindən birini ələ keçiriblər.

“Reuters” xəbər agentliyinin məlumatına görə, ABŞ tərəfindən xüsusi yetişdirilmiş əsgərlər də əməliyyatlarda iştirak edir.

***09:09

Ərəb mediasının yaydığı xəbərə görə, oktyabrın 16-da Kərkükə daxil olan İraq hökumət qüvvələri ilə kürd peşmərqə silahlıları arasında toqquşmalar baş verib. Toqquşmalar bölgənin cənubunda, sənaye rayonunda baş verib, bir sıra rayonlarda atəş səsləri eşidilir. “Rudaw” kürd telekanalının yaydığı məlumata görə, peşmərqə dəstələri hökumət qüvvələrinin dörd hərbi maşınını yandırmağa müvəffəq olub.

İraq Kürdüstanının prezidenti Məsud Barzani isə peşmərqə dəstələrinə İraq ordusuna hücumlardan yayınmağa çağırıb, lakin cavab olaraq atəş açmağa icazə verib.

Bir az əvvəll İraqın baş naziri Heydər əl Abadi hökumət qüvvələrinə Kərkükün dövlət və hərbi obyektlərində təhlükəsizliyin bərqərar olmasını əmrini verib. Bununla yanaşı, o, bu məqsədə peşmərqə qüvvələri ilə birgə nail omağı tapşırıb. Report

DİGƏR XƏBƏRLƏR

Top