Rayondan Bakıya gələn maşın aşdı, yaralılar var FOTOLAR

Bakı-Qazax yolunda 3 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Hadisə yolun Hacıqabul rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Bakı istiqamətində hərəkətdə olan “02-BM-202” dövlət qeydiyyat nişanlı “Toyota Prado” markalı minik avtomobili yol kənarında olan beton maneəyə dəyərək aşıb. Qəza zamanı 3 nəfər xəsarət alıb, nəqliyyat vasitəsi isə yararsız vəziyyətə düşüb. Avtomobildə olan yük (meyvə-tərəvəz) yol boyu yerə səpələnib.

Hazırda polis əməkdaşları hadisə yerində araşdırma aparır.qafqazinfo



DİGƏR XƏBƏRLƏR

Top