Qubada 72 yaşlı qadını maşın vurub

Bu gün axşam saatlarında Bakı-Quba yolunda yol nəqliyyat hadisəsi baş verib. Hadisə magistralın İqrıq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 1945-ci il təvəllüdlü Sədaqət İskəndərovanı maşın vurub. Xəsarət alan qadın Quba Mərkəzi Rayon Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır. Faktla bağlı araşdırmalar aparılır.Apa

DİGƏR XƏBƏRLƏR

Top