Masallı rayonunda bədbəxt hadisə baş verib. Hadisə Masallının Qızılavar kəndində qeydə alınıb. Kənd sakini Dilşad Şahbazovaya məxsus köhnə hamamı sökən Kolatan kənd sakini, 1980-ci il təvəllüdlü Ramil Əliyev dağıntının altında qalıb. R.Əliyev hadisə yerində ölüb. Fakt araşdırılır.Apa