Azərbaycanda 29,5 min ton ehtiyat benzin qalıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 milyard 960,2 milyon manat təşkil edib. "Yeniavaz.com" Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, bu məbləğ əvvəlki ilin yanvar-sentyabr ayları ilə müqayisədə 9,8 faiz azalıb.

Hesabat dövründə 874,2 min ton avtomobil benzini istehsal edilib ki, bu da ötən ilin müvafiq dövründən 5,1 faiz çoxdur. Oktyabrın əvvəlinə ölkədə 29,5 min ton avtomobil benzini ehtiyatı olub.

Bu ilin 9 ayı ərzində neft məhsullarından 24,3 min ton sürtkü yağları, 158,7 min ton neft bitumu, 152,4 min ton neft koksu istehsal olunub. Sürtkü yağlarının istehsalı 3,2 dəfə, neft bitumunun istehsalı 14,6 faiz, neft koksunun istehsalı 9,3 faiz artıb.

Hesabat dövründə neft-kimya sənayesində istifadə üçün 130,7 min ton benzin, 445,4 min ton ağ neft, 1,4 milyon ton dizel yanacağı, 258,1 min ton yanacaq mazutu istehsal edilib.

Neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 0,6 faiz, ağ neftin istehsalı 6 faiz, dizel yanacağının istehsalı 20,9 faiz, yanacaq mazutunun istehsalı 40,7 faiz azalıb.

DİGƏR XƏBƏRLƏR

Top