Son 9 ayda kredit faizlərinə 652,4 milyon manat ödənilib

Bu ilin yanvar-sentyabr aylarında ölkə əhalisinin gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən nominal ifadədə 8 faiz artaraq 36 milyard 247 milyon manata çatıb. "Yeniavaz.com" Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, gəlirlərin əhalinin hər nəfərinə düşən həcmi isə orta hesabla 3 min 728 manat və ya ayda 414,2 manat təşkil edərək 6,9 faiz artıb.

Bu dövr ərzində gəlirlərin 85,8 faizi son istehlak xərclərinə, 8,5 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 1,8 faizi (652,4 milyon manat) kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 3,9 faizi isə yığıma yönəldilib.

Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 33 milyard 157,3 milyon manatlıq vəsait qalıb.

DİGƏR XƏBƏRLƏR

Top