"Qarabağ"da "Atletiko" oyunu öncəsi ciddi itki? FOTOLAR

Azərbaycan Premyer Liqasının II dövrəsinə bu gün start verilib. "İnter" meydanında "Qarabağ"ı qəbul edib. Hakimin oyunun əsas vaxtına əlavə etdiyi dəqiqələrdə rəqib qapısına vurduğu qolla matçda dubl edən Dino Ndlovu zədələnib. Belə ki, hücumçu rəqibin mərkəz müdafiəçisi Denis Silva Kruzla toqquşub. Qapı xəttindən içəri yıxılan Dino ayağa qalxa bilməyib və əl işarəsi ilə həkimləri çağırıb. Matç 0:2 hesabla "Qarabağ"ın qələbəsi ilə yekunlaşıb. Cənubi Afrika Respublikasından olan hücumçu həkimlərin köməyi ilə meydanı tərk edib.

Xatırladaq ki, oktyabrın 18-i "Qarabağ"ı Bakıda "Atletiko Madrid" ilə Çempionlar Liqasının 3-cü turunun oyunu gözləyir. musavat

Həmin kadrları aşağıdakı şəkillərdə təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top