“O səs Türkiyə”də münsiflər arasında mübahisə düşdü, çəkiliş dayandırıldı


Acun Ilıcalının layihə rəhbəri və aparıcısı olduğu “O səs Türkiyə” yarışmasında münsiflər heyətinin üzvləri, müğənnilər - Yıldız Tilbe ilə Gökhan Özoğuz arasında mübahisə yaranıb. Türkiyə mətbuatı xəbər verir ki, bu barədə jurnalist Cengiz Semercioğlu məlumat yayıb. Jurnalist qeyd edir ki, həmin bölümlər yeni çəkilib, hələ efirdə yayımlanmayıb. Onun sözlərinə görə, Yıldız Tilbeden başqa bütün münsiflər səhnədə balkan mahnısı oxuyan qadın iştirakçıya tərəf dönüb. Y.Tilbe isə “Sən türk imişsən, bilsəydim, dönərdim. Elə bildim, əcnəbisən” deyib.

Gökhan Özoğuz həmkarının bu sözlərinə etiraz edib: “Yarışmaya xarici vətəndaşlar da gəlir. Niyə bəyənmirsən?” Yıldız Tilbe isə cavabında “Bura “O səs Türkiyə”dir. Mən türk axtarıram, “O səs İngiltərə” müsabiqəsi deyil” kəlmələrini söyləyib.

G.Özoğuz “Onda kürdlərin də qatılmasına etiraz edərsən” deyib. Beləliklə, mübahisə böyüyüb və məsələyə Acun Ilıcalı müdaxilə edib. Hər iki məşhurun mikrofonları kəsilib. Qalmaqal kulisdə də davam edib. Çəkiliş yarımçıq dayandırılıb, studiyada əyləşən tamaşaçılar və yarışmada çıxış edən iştirakçılar geri qaytarılıb.

Eyni zamanda, Y.Tilbenin bundan əvvəlki buraxılışda azərbaycanlı iştirakçıya “Mən komandama türkçə gözəl danışan birini axtarıram” deməsinə də etiraz edilib.Oxu.az

DİGƏR XƏBƏRLƏR

Top