Ağız qoxusu nəyin xəbərçisidir?

Yetişkən insanların təxminən 50 faizi ağız qoxusundan əziyyət çəkir. Ağız qoxusunun özəl və sosial həyatda yaratdığı problem məlumdur, lakin doktorlar bildirirlər ki, bu həm də daxildə ciddi xəstəliklərin olmasından da xəbər verir. "Yeniavaz.com" Türkiyə KİV-nə istinadən doktor Alev Özsarının ağız qoxusunun yaranma səbəbləri ilə bağlı fikirlərini təqdim edir.

1. Ağız təmizliyinə diqqət edilməməsi.

- Davamlı şəkildə diş fırçalamamaq, yaxud diş fırçalayarkən sərt davranmaq damaqlarda və dişlərdə problemə səbəb olur. Bəzi insanlar təkcə diş fırçalamaqla kifayətlənmir, diş ipindən də istifadə edirlər ki, qırıntılar tam təmizlənsin. Ağız təmizliyi baxımından bu da vacib amildir.

2. Siqaret çəkmək.

- Siqaret və ya onun bənzəri olan maddələr bir çox xəstəliyə səbəb olduğu kimi, ağız qoxusu da yaradırlar.

3. Dişdəki sürük və çatlar.

- Ağızda yaranan infeksiyalar bakteriyaları artırır və pis qoxuya səbəb olur.

4. Badamcıqların iltihabı.

- Üst tənəffüs yollarındakı infeksiyaların ağızın içində "axması" pis qoxuya səbəb olur. Yeri gəlmişkən, burun tıxanmasına səbəb olan bütün narahatlıqlar nəfəsin ağız yolu ilə alınmasına gətirib çıxarır.

5. Mədədə problem

- Mədədəki mayenin yemək borusu ilə ağıza gəlməsi də pis qoxuya səbəb olur.

6. Aclıq

Uzun müddət ac qalmaq, su içməmək ağır quruluğuna və ağızdakı mikro orqanizmlərin fəaliyyətinin artmasına səbəb olub.

"Səhər yuxudan duranda ağızdan qoxu gəlməsi normaldır"

Doktor Samiye Çelik isə deyir ki, səhər yuxudan oyananda ağızdan qoxu gəlməsi normal haldır: "Gecə boyunca həzm sistemi kanalında toplanan qazlar səhərlər insanların ağzından gələn qoxunun əsas səbəbidir. Bu, hər hansı bir xəstəlik əlaməti deyil. Dişlərimizi fırçalamadan yatdığımız zaman ağızdakı yemək artıqları isə bakteriyalar üçün zəngin mənbədir. Yatan zaman ağızda suyun axması da azaldığı üçün bu təsir artır və qoxuya səbəb olur. Dişlərin yaxşı təmizlənməyən hissələrində yaranan diş daşları da ciddi ağız qoxusu yaradır".

Məsləhətlər

- Gündə ən azı 2 dəfə dişinizi fırçalayın.

- Dişlərin arasında qalan qırıntıları təmizləmək üçün gündə 1 dəfə diş iplərindən yararlanın.

- İldə heç olmasa bir dəfə stomotoloqa müraciət edin.

- Əgər dişləriniz protezdirsə, gündəlik təmizləmək şərtdir.

Yeniavaz.com

DİGƏR XƏBƏRLƏR

Top