Firdovsi Umudov: İdmanı siyasətdən uzaq tutmaq istəsək də…

Boğazındakı iynə 19 il sonra çıxarıldı - Fotolar

Qripdən qorunmaq üçün nə etməli - Rusiyalı həkimdən məsləhət

bazar, 25 fevral 2018
TR EN RU

Menu

bazar, 25 fevral 2018
EN TR RU

İNCƏ SƏNƏT

Vaqif Mustafayevə Çin telekanalında vəzifə verildi

12.10.2017 10:20


Azərbaycanın görkəmli kinorejissoru, Xalq Artisti, “Space” teleşirkətinin prezidenti Vaqif Mustafayev Çinin Honkonq Televiziyasının mədəniyyət, televiziya və kino üzrə müşaviri təyin olunub. Bu barədə oktyabrın 11-də Bakıda keçirilən tədbirdə bildirilib.

Mərasimdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxin, Çin və Ukraynanın Bakıdakı səfirliklərinin rəsmiləri və mədəniyyət xadimləri iştirak ediblər.

Avrasiya Televiziya və Radio Akademiyasının prezidenti Valeriy Ruzinin, Ukrayna KİV İşçiləri Assosiasiyasının sədri Viktor Petrenkonun və digər ölkələrdən olan nümayəndələrin iştirakı ilə “Soqlasiya” qızıl ordeni Vaqif Mustafayevə təqdim olunub.

Eyni zamanda, Vaqif Mustafayev Azərbaycanla Çin arasında dostluq və mədəni əməkdaşlıq əlaqələrinin inkişafına verdiyi böyük töhfələrə görə Çinin Xeyluntszyan Teleradio Şirkətinin fəxri fərmanı ilə təltif edilib.

Qeyd edək ki, Avrasiya Televiziya və Radio Akademiyasının xətti, Rusiya, Çin və Azərbaycanın iştirakı ilə Vaqif Mustafayevin rejissoru və ssenari müəllifi olacağı “Kambey” filminin çəkilişi razılaşdırılıb.

Vaqif Mustafayev, eyni zamanda, Çin-Azərbaycan əlaqələrindəki xidmətlərinə görə də mükafatlandırılıb. O, həmçinin Honkonq televiziyasının mədəniyyət və kino üzrə müşaviri təyin edilib.

Tədbir zamanı rejissor Vaqif Mustafayevə Avrasiya mədəniyyətinin inkişafına verdiyi müstəsna xidmətlərinə görə Beynəlxalq Ali Qızıl Orden təqdim edilib.

Sonda çinli rejissorun “Moskvanın divarları” adlı filmi nümayiş olunub.AzərTac

Oxundu 238

© 2018 - NSPSOLUTIONS