Türkiyəyə məxsus F-16-lar Afrini bombalayır: Azad Suriya Ordusu Afrinə girdi

ABŞ-da minlərlə dövlət məmuru işsiz qala bilər​

Ermənistan ordusu Qazax rayonunun Qaymaqlı kəndini atəşə tutub

şənbə, 20 yanvar 2018
TR EN RU

Menu

şənbə, 20 yanvar 2018
EN TR RU

İNCƏ SƏNƏT

Murad Dadaşova “Maşın”la bağlı - Şok ittiham​

12.10.2017 10:11

Ötən gün “Maşın” realiti şousunun növbəti buraxılışı söz-söhbətsiz ötüşməyib. Yarışmada səsverməyə çıxan meyxanaçı Samirə Yusifqızı müsabiqə barədə ittiham irəli sürüb. Reklamarası ifaçı Mehriban Xanlarova, Vüsalə Kərimova, Günel Ələkbərova və Xatun Əliyeva ilə gizli söhbəti zamanı bir iddia ortaya atıb.

Yusifqızı SMS-lərin aparıcı Murad Dadaşov tərəfindən tənzimləndiyini deyib: “Səsvermənin çevrilişini Murad Dadaşov edir, özü tənzimləyir. İstəmirlər ki, şouda qalım”. Efirin canlı yayımında xanım meyxanaçının bu qalmaqallı ifadələri müzakirələrə səbəb olub. Layihənin aparıcısı M. Dadaşov ifaçının fikirlərinə öz etirazını bildirib: “Təbii ki, bu fikirlərinizə görə sizi yarışmadan uzaqlaşdıra bilmərəm, şəxsi fikrinizdir. Ancaq diqqətli olaq, burada böyük insanlar yarışıb, şou 12 ildir ki, davam edir. Yanlışlıq olsaydı proqram bu qədər davam etməz, sevilməzdi”.

Qeyd edək ki, S. Yusifqızı 12,36 faiz qalsına səs yığaraq yarışmasını tərk edib.Qafqazinfo.az

Oxundu 740

© 2018 - NSPSOLUTIONS