Portuqaliyanın əfsanəvi futbolçusu Luiş Fiqoya UEFA-da vəzifə verilib. Futbol qurumunun rəsmi saytının yaydığı məlumata görə, o, prezident Aleksandr Çeferinin məsləhətçisi kimi çalışacaq. Qeyd edək ki, Çeferin müsahibələrində futbol idarəçiliyində keçmiş oyunçuların təcrübəsindən yararlanacağını bildirib.