Vidal yığma karyerasını başa vurdu

Münhenin “Bavariya” klubunun və Çili yığmasının yarımmüdafiəçisi Arturo Vidal millidə karyerasını başa vurduğunu açıqlayıb. “Yeniavaz.com”un RBK-ya istinadən verdiyi məlumata görə, A. Vidal Çili yığmasının Rusiyada gələn il keçiriləcək futbol üzrə dünya çempionatına vəsiqə qazana bilməməsindən sonra bu qərara gəlib. Futbolçu milli komandada 97 oyun keçirib və 23 qol vurub. Qeyd edək ki, Çili DÇ-2018-in təsnifat mərhələsinin son oyununda səfərdə Brazliyaya 3:0 hesabı ilə uduzub. Turnirdə cədvəlində 26 xal toplayan Çili 6-cı olub. A. Vidal Çili millisi ilə 2015 və 2016-cı illərdə Amerika Kubokunun qalibi olub.

DİGƏR XƏBƏRLƏR

Top