Ronaldo 2 göstərici üzrə LİDER OLDU

Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldo futbol üzrə 2018-ci il dünya çempionatının Avropa təsnifatında qol hücumlarında iştirak üzrə lider olub.

“Yeniavaz.com”un “Sports.ru” saytına istinadən verdiyi məlumata görə, K. Ronaldo Portuqaliya millisinin vurduğu 32 qolun 24-də iştirak edib. 32 yaşlı forvard 15 qol vurub, 3 məhsuldar ötürmə verib və 6 qolöncəsi ötürmələrdə iştirak edib. Turnirin ən yaxşı bombardiri Robert Levandovski (16 qol) bu göstərici üzrə ikinci olub.

Polşa yığmasının hücumçusu 19 qol hücumunda iştirak edib. Bundan başqa, K. Ronaldo zərbələrin sayına (66) görə Avropa təsnifatının lideri olub. O, 90 dəqiqə ərzində orta hesabla 7,4 zərbə vurub.

DİGƏR XƏBƏRLƏR

Top