Aryen Robben milli komandada karyerasını başa vurub

“Bavariya”nın hollandiyalı futbolçusu Aryen Robben yığma karyerasını bitirib. O, DÇ-2018-in seçmə mərhələsinin son turunda İsveçlə keçirilən matçdan sonra bu qərara gəlib. Hollandiya millisi Robbenin qolları sayəsində 2:0 hesablı qələbə qazansa da, bu, “narıncılar”ın mundialın final mərhələsinə yüksəlməsi üçün yetərli olmayıb. Nəticədə 33 yaşlı yarımmüdafiəçi yığma ilə vidalaşmağa qərar verib.

Qeyd edək ki, Aryen Robben 2003-cü ildə debüt etdiyi millidə 96 oyunda 37 qola imza atıb. O, “narıncılar”ın heyətində dünya çempionatının gümüş və bürünc medalını, həmçinin Avropa çempionatının bürünc medalını qazanıb.Apa

DİGƏR XƏBƏRLƏR

Top