Rusiya Suriyaya yenə bomba yağdırdı

Ermənistan əhalisinin sayı azalmaqda davam edir İNFOQRAFİKA

İndi də Lerikdə zəlzələ oldu

bazar, 19 noyabr 2017
TR EN RU

Menu

bazar, 19 noyabr 2017
EN TR RU

ƏDƏBİYYAT

"Mən günəşi görürəm" romanının təqdimat mərasimi keçiriləcək

05.10.2017 12:55

Oktyabrın 8-də, saat 15:00-dan 17:00-dək "BookZone" Kitab evində "Kitabsevərlər" hərəkatının 16-cı kitabı olan tanınmış gürcü yazıçısı Nodar Dumbadzenin "Mən günəşi görürəm" romanının təqdimat mərasimi keçiriləcək.

"Yeniavaz.com" xəbər verir ki, kitab ilk dəfə Azərbaycan oxucusuna 1986-cı ildə "Gənclik" Nəşriyyatı tərəfindən Xeyrulla Əliyevin tərcüməsində təqdim edilib. Bugünlərdə isə gənc yazıçı, jurnalist Cavid Qədirin təşəbbüsü və redaktəsi, İlahə Eldarqızının transliterasiyasında latın qrafikası ilə çap olunub.

Əsər 1937-ci il repressiyalarında valideynlərini itirmiş, bibisi ilə yaşayan Sosoya adlı 12 yaşlı oğlanın dilindən danışılır. Sadə kənd həyatı, mehriban insanlar, məişət problemləri əsərin qayəsini təşkil edir.

Bir neçə səhifə çevirəndən sonrasa kontekst bir qədər dəyişir – müharibə, cəbhədə həlak olanlar, onların gözüyaşlı ailələri, arxa cəbhə, işçi qüvvəsi çatışmadığından bəhərsiz qalan torpaqlar, həlak olanların qara kağızlarıyla birgə arxadakıların qaralan həyatları – insan faciəsi göz önünə sərilir.

Məlumat üçün qeyd edək ki, kitabın qiyməti 7 manatdır.

Oxundu 245

© 2017 - NSPSOLUTIONS