Azərbaycanda növbəti zəlzələ

AzTV-də “Ayə, harayə gedirsən, ayə?” oxudu - VİDEO

Tağı Əhmədov icra başçısı olmaq istəyir

Cümə, 24 noyabr 2017
TR EN RU

Menu

Cümə, 24 noyabr 2017
EN TR RU

İNCƏ SƏNƏT

Dədə Ədalətə görə Azərbaycan və İran aşıqları arasında QALMAQAL

05.10.2017 11:28

“Aşıq Ədalətin adına bir məclis keçirmək qərarındayıq. Amma İranda 2 ay Məhərrəm və Səfər aylarında heç bir festival keçirilməz. Məcburən, 2 aydan sonraya qaldı. 2 aydan sonra İran Aşıqlar Birliyi bir sazlı-sözlü məclis təşkil edəcək. Əgər Azərbaycandakı bəzi insanlar imkan versələr. Onlardan biri də Aşıqlar Birliyinin sədridir”. Bunu İran Aşıqlar Birliyinin sədri Aşıq Səlcuq Şahbazi bildirib.

Aşıqlar Birliyinin Sədri Məhərrəm Qasımlı səsləndirilən ittihamlara cavab verib: “Əvvəla, İranda Aşıqlar Birliyi adında rəsmi təşkilat yoxdur. Orada 20-yə yaxın belə adam özündən təşkilat uydurub. Səlcuq Şahbazi də həvəskar adamlardan biridir. Ədalət Nəsibov xəstə olanda o, bundan istifadə etmək istəyirdi. Şahbazi Ədalət Nəsibova İranda müalicə etdirməyi təklif etmişdi. Amma onun xəstə halında konsert verməsini və bununla da pul yığılmasını istəyirdi. Mən də bunu eşidən zaman Ədalət Nəsibova qəti etirazımı bildirdim. Dedim ki, sənin nə problemin varsa, Azərbaycan dövləti həll edəcək.

Əgər xəstəsənsə, burada müalicə olunmalısan, niyə ayaqüstə dura bilmədiyin halda İranda konsert verməlisən? Bundan da kimlərsə pul yığıb ucuz şəkildə özünü reklam edəcək. Ədalət də mənimlə razılaşdı və dövlətin dəstəyi ilə Onkologiya Mərkəzində uzun müddət müalicə olundu. Amma xəstəliyin öhdəsindən gələ bilmədi. Xəstə bir adamı konsertə çıxarmaq vicdandırmı, əxlaqdırmı? Gərək Şahbazi belə hərəkət etməyəydi”.

M.Qasımlı qeyd edib ki, Səlcuq Şahbazinin yeganə məqsədi vəziyyətdən sui-istifadə etməkdir: “Səsləndirilən ittiham boş şeydir. Utanmırlar, ucuz variantlara əl atırlar. Azərbaycanda Aşıqlar Birliyi dövlətin rəsmən tanıdığı yaradıcılıq təşkilatıdır. Düşünün, İran kimi bir dövlət, İran Aşıqlar Birliyi adında təşkilatın yaradılmasına izin verərmi? Bu adam sadəcə vəziyyətdən sui-istifadə edir. Səlcuq Şahbazi adında adam tanımıram və qəbul da etmirəm”.

Qeyd edək ki, Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Ədalət Nəsibov bu yaxınlarda 78 yaşında dünyasını dəyişdi. El sənətkarı vəsiyyətinə uyğun olaraq, ata-baba yurdu Qazaxda dəfn olundu.Modern.az

Oxundu 796

© 2017 - NSPSOLUTIONS