“Microsoft” kibertəhdidlər üzrə hesabatını açıqlayıb

“Microsoft” şirkəti kibertəhlükəsizliyin aktual problemlərinə dair ən yeni məlumatları əks etdirən “Security Intelligence” hesabatının 22-ci cildini dərc edib. Hesabat sayəsində bütün dünyada şirkətlər mümkün hücumlar və onların qarşısını almaq üçün lazımi tədbirlərin həyata keçirilməsi barədə öyrənə bilərlər.

2017-ci ilin birinci rübü üzrə dərc olunan hesabatın yeni cildində 100-dən çox ölkə və regionda aktual olan kibertəhdidlər barədə məlumat əksini tapıb. “Security Intelligence”in 22-ci cildinə vacib dəyişikliklər daxildir: burada bulud servisləri və son nöqtələr üzrə məlumatlar toplumu qaydaya salınıb, informasiya isə daha qısa dövr üçün təqdim olunub (6 ay əvəvzinə 3 ay üzrə).

Şirkətlər bulud texnologiyalarına keçdikcə hesablara olan hücumların sayı və mürəkkəbliyi artıb. “Microsoft”un hücuma məruz qalmış bulud hesablarının sayı il ərzində 300% artıb (2016-cı ilin I rübü - 2017-ci ilin II rübü). Zərərli İP-ünvanlardan daxiloma cəhdlərinin sayı isə 44% çoxalıb (2017-ci ilin I rübünə olan məlumatlara əsasən).

Bu ilin birinci rübündə “Azure” servislərinə daxil olan hücumların 2/3 hissəsindən çoxu Çinin və ABŞ-ın İP-ünvanlarının payına düşür (müvafiq olaraq 35,1% və 32,5%). Üçüncü yerdə Koreya, ondan sonra isə daha 116 ölkə və region qərarlaşıb. Cinayətkarlar istifadəçinin oğurlanmış məlumatlarını işlədərək bulud hesabına daxil ola bilirlər. Bununla belə hücumların əksəriyyəti etibarsız parollar və onların səhv idarə olunmasının nəticəsidir.

Ən çox yayılan kibertəhdidlər arasında gizli yükləmələrə malik olan saytlar, yəni tərkibində zərərli kod olan veb-saytlar gəlir. Sözügedən saytlara keçərkən zəif müdafiə olunan internet bələdçisi olan kompüterlər virusa yoluxa bilər. Bundan başqa, kompüterdə vacib faylları təcrid edən və istifadəçi tərəfindən müəyyən məbləğ ödənilməyənədək daxilolmanın qarşısını alan şifrələyici proqramlar da (“ransomware”) təhlükəli sayılır. Şifrələyici proqramlar iri şirkətlərin fəaliyyətini pozur, dünya üzrə minlərlə kompüteri iflic edir. Əsasən onlar Avropa ölkələrinə toxunub: yoluxma üzrə ən yüksək reytinq Çexiya, İtaliya, Macarıstan, İspaniya, Rumıniya və Xorvatiya nümatiş etdirib. “Windows 10” əməliyyat sistemində bu cür hücumların qarşısını alan alətlər nəzərdə tutulub. Bundan başqa, yeni “Microsoft EDGE” brauzeri “Windows”un müdafiəçisi ilə inteqrasiya olunub ki, bu da zərərli linklərin 98%-ni təcrid etməyə imkan yaradır. Payızda “Windows 10”da “Fall Creators Update”in yenilənməsindən sonra bulud texnologiyalarına əsaslanan kompüterlərin müdafiəsi üzrə funksiyalar əlçatan olacaq. lent.az

DİGƏR XƏBƏRLƏR

Top