Bu ölkədə benzin yalnız məmurlara satılır

Şimali Koreyada vətəndaşlara benzin satılması dayandırılıb. Bu barədə TASS xəbər verir. Ölkənin yanacaqdoldurma məntəqələrindən yalnız hakimiyyətdəki Əmək Partiyasının, hökumətin, Silahlı Qüvvələrin və xüsusi xidmət orqanlarının yüksək vəzifəli məmurları benzin ala bilirlər. Ölkə rəhbərliyi BMT-nin sanksiyasından sonra məhdudiyyət tətbiq edib və məqsəd yanacaq ehtiyatı toplamaqdır. Şimali Koreya hökumətinin hesablamalarına görə, ölkənin illik neft ehtiyacı 700-900 min tondur.Lent.az

DİGƏR XƏBƏRLƏR

Top