Türkiyəyə məxsus F-16-lar Afrini bombalayır: Azad Suriya Ordusu Afrinə girdi

ABŞ-da minlərlə dövlət məmuru işsiz qala bilər​

Ermənistan ordusu Qazax rayonunun Qaymaqlı kəndini atəşə tutub

şənbə, 20 yanvar 2018
TR EN RU

Menu

şənbə, 20 yanvar 2018
EN TR RU

İNCƏ SƏNƏT

Məleykə Əsədova xal artistini bağışlamadı: "Vəkilim var, bu işlərlə məşğul olur"

04.10.2017 11:55

Xalq artisti Məleykə Əsədova ötən gün həmkarı Ramiz Məlikin ondan üzr istəməsinə münasibət bildirib.

Aktrisa “5/5” verilişinə telefonla bağlanaraq aktyoru bağışlamayacağını söyləyib:

“Özümdən böyüklərə hörmətlə yanaşıram. Hər şeyi bağışlayaram, amma anama, qüruruma, qızıma əl uzadanı ömrüm boyu bağışlamaram. Qürurum milyonlardan üstündür. Hətta sənətimdən belə.

Vəkilim var, bu işlərlə məşğul olur. Heç kəsin qarşısında əyilmirəm, bircə Allahdan başqa! Valideynlərimin ruhuna xələl gətizdirmərəm. Hamı bilir ki, anam necə bir qadın olub. Bu söhbət qurtardı, onu bağışlamayacam”.

Qeyd edək ki, insident R. Məlikin xalq artistinin geyimi ilə bağlı “facebook”da şərh yazması ilə başlayıb. Daha sonra xalq artisti Məleykə Əsədovanın ailəsini təhqir edib, onun valideyləri barədə qeyri-etik ifadələr işlədib.

Aktrisa məhkəməyə müraciət edəcəyi barədə instaqramda paylaşım edib, Ramiz Məlik isə bəyanat yayaraq ondan üzr istəyib.qafqazinfo

Oxundu 232

© 2018 - NSPSOLUTIONS