Avstraliyada 30 yaşlı ağ balina videokameralara tuş gəlib VİDEO

İlk dəfə Avstraliya sahillərində qeydə alınmış, nadir, "Miqalu" ləqəbli ağ balina növbəti dəfə videokameralara tuş gəlib.

İlk dəfə 1991-ci ildə qeydə alınmış nadir məməli heyvanın yaşadığı və sağlam olduğu məlum olub.

Onun yeni görüntüsü Avstraliya sahillərində lentə alınıb. Sidneydən olan jurnalist Conas Libşner bir neçə günlük gözləntidən sonra "Miqalo"nun videogörüntüsünü çəkə bilib.

Nadir heyvanın Antarktida sahillərinə üzdüyü məlum olub. Qeyd edək ki, indi Avstraliyada bahardır. Havaların istiləşməsi səbəbindən qozbel balinalar soyuq sulara tərəf üzürlər. Report

video

DİGƏR XƏBƏRLƏR

Top