Uqandada yağış yağdırmaq üçün uşaqları qurban verməyə başlayıblar

Uqandada cadugərlər və şəfavericilər yağış yağdırmaq və quraqlıqdan xilas olmaq üçün uşaqları qurban verirlər. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu Afrika ölkəsi yarım əsr ərzində ən güclü quraqlıq dövrünü yaşayır. Yarım milyondan çox adamı aclıq təhülkəsi gözləyir. Bir çox yerli sakin inanır ki, ruhlar özləri ilə yağış gətirir. Hüquq-mühafizə orqanları təkcə sentyabr ayında dini mərasimlərdə qətl törətməkdə şübhəli bilinən 44 nəfəri saxlayıb. Onlardan biri səkkiz fakt üzrə günahını boynuna alıb. 2015-ci ildə 7 uşaq və 6 böyüyün, 2016-cı ildə 7 uşaq və 2 böyüyüyn qalıqları aşkarlanıb. Qurbanların qulaqları,dişləri, dodaqları və genitaliləri yox idi. Polis hesab edir ki, ölkədə bu cür qətllərin sayı olduqca çoxdur, sadəcə bütün cəsədlər tapılmayıb.

DİGƏR XƏBƏRLƏR

Top