Rusiyada yeni qanun: banlamaq olar, hürmək olmaz

Rusiyanın Novosibirsk vilayətinin qanunvericilik yığıncağı gecə vaxtı sakitliyə riayət edilməsi haqqında tələbləri it və pişik sahiblərinə şamil edən qanun layihəsini birinci oxunuşda qəbul edib.

Yeniavaz.com”un “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, sənədi təqdim edən deputat Yevgeni Smışlyayev bildirib ki, bununla belə, xoruldamaq, banlamaq və qəhqəhə ilə gülmək olar. Qanun layihəsini 54 deputat dəstəkləyib, 3 deputat isə əleyhinə səs verib. Regionda adi günlərdə saat 22:00-dan 07:00-dək, istirahət və bayram günlərində isə saat 22:00-dan 09:00-dək, eləcə də nahar vaxtı saat 13:00-dan 14:00-dək hürmək və miyovlamaq mümkün olmayacaq. Qanunu pozanlar (ev heyvanlarının sahibləri) üç min rubl cərimə ödəyəcəklər.

DİGƏR XƏBƏRLƏR

Top