Doktordan təklif: "Tək durmaq üçün yox, yuxuya getmək üçün də "zəngli saat"ı qurun"

Aşırı yuxusuzluq qan-damar, xərçəng xəstəliyinə, hətta artıq çəkiyə belə səbəb olur. "Yeniavaz.com" Türkiyə KİV-nə istinadən xəbər verir ki, ingilis araşdırmaçı, professor Matyuv Walker belə deyib.

Doktor bildirib ki, hər bir insan gün ərzində 8 saat yatmağa çalışmalıdır.

"Doktorlar insanlara yuxu dərmanı yazırlar, ancaq onların ehtiyacı dərman deyil, yuxunu nizamlı hala salmaq lazımdır. Bəzi insanlar az yatmaları ilə öyünürlər, ancaq burada öyünüləsi bir şey yoxdur. Yatmaq tənbəlliyin əlaməti deyil",-deyə Matyuv Walker bildirib.

İngilis professorun təklifi də var: "Məlum olduğu kimi, dünyanın hər yerində insanlar səhər yuxudan tezdən oyanmaq üçün "zəngli saat"dan istifadə edirlər. Təklif edirəm ki, gecə yatmadan yarım saat öncə də "zəngli saat"ı qurun. "Zəngli saat" çaldıqdan sonra yuxuya hazırlaşmaq lazımdır. Bunu hər gün təkrarlasanız, orqanizminiz tədricən nizamlı yuxuya uyğunlaşacaq və sizin yuxusuzluq probleminiz həll olunacaq".

Nizamlı yuxunun önəminə diqqət çəkən doktor, yuxusuzluq problemini bir günə həll etməyin mümkün olmadığına da vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top