Günəş sistemində 2 yeni göy cismi aşkarlandı

Almaniyanın Plank İnstitutunun alimləri Habbl Kosmik Teleskopu vasitəsilə Günəş sistemində Mars və Yupiter arasındakı asteroid qurşağında daha öncə rast gəlinməmiş və bir-birinin orbitində fırlanan iki göy cismi aşkarlayıblar. AMEA-nın saytının məlumatına görə, kometaların xüsusiyyətlərini daşıyan iki eyniölüçülü və çəkili asteroid təxminən 100 kilometr məsafədə bir-birilərinin orbitlərində fırlanırlar. Asteroid cütlüyünə “288P” adı verilib. “288P”-nin, eyni zamanda, kometa olaraq sinifləndirilən ilk ikili asteroid olduğu bildirilib. Elm adamları ikili asteroid sisteminin 5 min ildir mövcud olduğunu təxmin edirlər.

DİGƏR XƏBƏRLƏR

Top