Bel ağrısının 9 SƏBƏBİ

Xaricdən gətirilən kərə yağı ucuzlaşıb: Marketlərdə qiymətlər niyə enmir?

Kubokun finalı 28 mayda olacaq

şənbə, 17 fevral 2018
TR EN RU

Menu

şənbə, 17 fevral 2018
EN TR RU

CƏMİYYƏT

Rektor: “Hicablı və saqqallı gənclərin dərsə gəlməyi qadağan olunub”

21.09.2017 19:45

Mingəçevir Dövlət Universitetində hicablı tələbələri dərsə buraxmırlar.

“Yeniavaz.com” xəbər verir ki, Modern.az saytı məsələ ilə bağlı universitetin rektoru Akif Hacıyevlə əlaqə saxlayıb. O, xəbərin doğru olduğunu deyib.

“Biz Mingəçevir Dövlət Universitetinin Nizamnaməsinin 1.7-ci bəndinə əsasən, universitetdə təhsil alanların geyim formasının Elmi Şuranın qərarı ilə müəyyənləşdirmişik”, - deyə rektor vurğulayıb.

A. Hacıyev bildirib ki, universitetdə 2-3 nəfər tələbə hicablıdır: "Biz hicabın əleyhinə deyilik. Özləri bilərlər, amma dərsə daxil olanda deyirik ki, hicabınızı açın və dərs bitəndən sonra hicabınızı taxın. Vəssalam. Bir də ki, üzü saqqallı gənclərin dərsə gəlməyini qadağan etmişik. Burada qəbahətli heç nə yoxdur. Azərbaycanda din dövlətdən ayrıdır. Artıq tələbələr dərsə hicabsız gəlirlər. Heç bir problem yoxdur”.

Oxundu 288

© 2018 - NSPSOLUTIONS