Filippin Prezidenti oğlunu öldürəcəyinə dair vəd verdi

Filippin Prezidenti Rodriqo Duterte narkotik maddələrin qanunsuz dövriyyəsində günahlandırılan oğlu Paoloya qarşı ittihamlar təsdiq olunrsa, onu öldürəcəyinə dair vəd verib. “Yeniavaz.com”un “Zvezda” telekanalına istinadən verdiyi məlumata görə, bu ay Paolo Duterteyə qarşı senat tərəfindən araşdırma başlanıb. Müxalif siyasətçinin ittihamı əsasında başlanılan araşdırmada R. Dutertenin oğlu Filippindən Çinə metamfetamin tədarüklərini aparan Çin sindikatının üzvü olmaqda şübhəli bilinir. Filippin Prezidenti paytaxt Manilada prezident sarayında hökümət işçiləri qarşısında çıxış edərkən bildirib: “Daha əvvəl demişəm ki, narkotikdən istifadə edən uşaqlarım varsa onları öldürün ki, insanlar heç nə deyə bilməsinlər. Paoloya bildirdim ki, əgər səni tutsalar mənim əmrim səni öldürmək olacaq, bu doğrudursa, səni öldürən polisi müdafiə edəcəm”.

Xatırladaq ki, R. Duterte ölkədə narkotika maddələrin ticarəti ilə mübarizə üzrə geniş miqyaslı kampaniyaya başlayıb.

DİGƏR XƏBƏRLƏR

Top