Yeni “Apple Watch” saatları nümayiş etdirilib


“Apple” sentyabrın 12-də keçirdiyi təqdimatda simsiz modemi olan yeni “Apple Watch” saatlarını nümayiş etdirib. Şirkətin iddiasına əsasən, indi telefonu özünüzlə götürməyə bilərsiniz, saat vasitəsilə əlaqə saxlamaq mümkündür. “Yeniavaz.com”un “Meduza” saytına istinadən verdiyi məlumata görə, yeni saatlar sentyabrın 22-də satışa buraxılacaq. LTE simsiz rabitəni dəstəkləyən “Apple Watch Series 3” saatlarının qiyməti 399 dollardır. Bu saatların quraşdırılmış sim-kartı var. O, telefonun sim-kartı ilə sinxronlaşdırılır.

DİGƏR XƏBƏRLƏR

Top