"iPhone X"-in baha olmasının səbəbi açıqlandı

"Apple" korporasiyasının rəhbəri Tim Kuk "iPhone X" smartfonunun qiymətinin 1000 dollar olmasını məqbul hesab edir. Bu barədə o, ABC telekanalındakı teleşouda bildirib. “Bu, sizin əldə etdiyiniz texnologiya üçün məqbul qiymətdir”, - deyə Kuk qeyd edib. O deyib ki, bir çoxları telefonun dəyərini dərhal ödəmirlər və tədricən ödəniş edirlər. Bundan başqa, bir çox alıcılar öncədən istifadə etdikləri smartfonu satır, satıcılar isə onlara endirimlər edirlər. Kuk “iPhone X”-dəki “Face İD” təhlükəsizliyindən də danışıb. O bildirib ki, bütün məlumatlar ancaq cihazın özündə saxlanılır və “Touch İD”-də olduğu kimi heç yerə yüklənmir.

Qeyd edək ki, “iPhone X” smartfonu Rusiya və digər ölkələrdə noyabrın 3-də satışa çıxarılacaq. Oktyabrın 27-dən isə bu smartfona sifarişlərin qəbuluna başlanılacaq. Onun qiyməti 79 990 rubl və ya 2 333 manatdan başlayacaq.Lent.az

DİGƏR XƏBƏRLƏR

Top