Ermənistan Baş Qərargah rəisindən SƏRSƏM AÇIQLAMA

Tanınmamış “Dağlıq Qarabağ respublikasının” ərazisinin heç bir hissəsi Azərbaycana verilə bilməz, təhlükəsizliyin təmin edilməsi üçün istisnasız bütün rayonlar vacibdir.

“Yeniavaz.com”un “Lenta.ru” saytına istinadən verdiyi məlumata görə, bunu Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Movses Akopyan deyib. Onun sözlərinə görə, qondarma “Dağlıq Qarabağın sərhədləri” boyunca elə bir təhlükəsizlik sistemi yaaradılıb ki, cüzi pozulma bərpa olunmaz nəticələrə gətirib çıxara bilər. M. Akopyan əlavə edib ki, qondarma “respublikanın” müdafiəsini gücləndirmək üçün əlavə ərazilər lazımdır.

Xatırladaq ki, sentyabrın 19-da Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bəyan edib ki, Yerevan Azərbaycanla işğal olunmuş ərazilərin bir hissəsinin qaytarılmasını müzakirə edir: “Söhbət Qarabağın təhlükəsizliyinə təhdid törətməyən ərazilərdən gedir”.

DİGƏR XƏBƏRLƏR

Top