Elton Məmmədov bacısının işdən çıxarılmasından danışdı: “Planlı şəkildədir”

Sabiq deputat Elton Məmmədov “Tərəqqi” liseyinin direktoru Məhbubə Məmmədovanın işdən çıxarılması xəbərinə aydınlıq gətirib.

O, bu barədə açıqlamasında bildirib ki, Məhbubə Məmmədova haqqında yazılanlar şayiədən başqa bir şey deyil:

“Məktəb də, Məhbubə xanım da yerindədir. Məhbubə xanım işinin başındadır. Onun işdən çıxarılması ilə bağlı söhbətlər əsassızdır”.

Elton Məmmədov Təhsil Nazirliyinin “Tərəqqi” liseyində apardığı yoxlamalara da aydınlıq gətirib:

“Məktəbdə və təşkilatlarda yoxlamalar cari və planlı şəkildədır. Bunun işdən çıxmaqla nə əlaqəsi var?”

Qeyd edək ki, sabiq nazir Ziya Məmmədovun bacısı olan Məhbubə Məmmədovanın “Tərəqqi” liseyinin direktoru vəzifəsindən çıxarılması deyilir. Buna isə səbəb Bakı Tikiş evinin 40 manata başa gələn məktəbli formasının direktorun göstərişinə əsasən 120 manata satdırması göstərilir.Aznews.az

DİGƏR XƏBƏRLƏR

Top